Çinli alimlərdən koronavirusla bağlı dünyanı ŞOKA SALACAQ XƏBƏRDARLIQ: Yeni epidemiya...

17.06.2020 16:03
829

Koronavirusun yeni epidemiya riski çox yüksəkdir.

AZSABAH.COM xəbər verir ki, bu barədə bir sıra çinli epidemioloqlar xəbərdarlıq edib. Onların sözlərinə görə, paytaxt Pekində infeksiya artım mərhələsindədir.

Qeyd olunur ki, növbəti günlər virusun yayılmasının anlaşılması baxımından əhəmiyyət daşıyacaq.

Bundan başqa, koronavirus infeksiyasının Tokioda yenidən yayılması müşahidə olunub. Mütəxəssislərin fişhesab edir ki, bu, dünyada təkrar epidemiya riskini artırır.

Xatırladaq ki, bir neçə gün əvvəl Pekində bazarların birində yeni koronavirus ocağı aşkar edilmişdi. Orada olan şəxslər təcrid edilmiş, şəhərin bəzi rayonlarında hərbi rejim elan olunmuşdu.

Loading...