Çingiz Mustafayevin danışdırdığı Ləfixanım 32 il sonra Xocalıda - VİDEO

26.02.2024 00:24
483
65dba20c3a655202402242444

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımdan 32 il ötür.

Bu dəfə əvvəlki illərdən fərqli olaraq artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı məğrur-məğrur dalğalanır.

İndi Xocalıda həyat dirçəlir. İllərlə həmin gecəni unuda bilməyən, gözləri yollarda qalan Xocalı sakinləri öz doğma yurdlarına qayıdır, həmin torpaqlarda inamla addımlayırlar.

Onlardan biri də 32 il öncə, 9 yaşında Xocalını ayaqyalın, başıaçıq tərk edən Lətifxanımdır. 

Onunla bağlı hazırlanan videoçarxı təqdim edirik: