Çin və Qırğızıstan sərhədində DƏHŞƏTLİ ZƏLZƏLƏ BAŞ VERDİ - Qonşu ölkələrdə də hiss edildi

Çin və Qırğızıstan sərhədində 7 bal gücündə zəlzələ qeydə alınıb.

Azsabah.com Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Özbəkistan Respublikasının Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qırğızıstan və Çin sərhədində olub, yeraltı təkanların gücü 7 bal olub.

Daşkəndin özündə isə 3 bal olub.

Zəlzələ Əndican, Fərqanə və Namanqan rayonlarında da hiss olunub.