Çinlə Hindistan sərhədində, Kəşmir bölgəsinin Ladakh şəhəri yaxınlığında iki ölkənin hərbi qüvvələri arasında şoddətli atışma olub.
AZSABAH.COM xəbər verir ki, atışma nəticəsində Hindistan ordusunun 3 əsgəri həlak olub. Çin tərəfdən hər hansı bir itkinin olmadığı deyilir.
İnsidentin hind hərbçilərinin mübahisəli bölgədə sərhədi keçməsindən sonra başladığı bildirilir.
Vəziyyətlə bağlı rəsmilər arasında danışıqlar aparılır.