Çılpaq şəkildə xəstələrin yanına girən tibb bacısı HAMINI ŞOKA SALDI - FOTO

20.05.2020 12:14
561

Rusiyada tibb bacısının hər kəsi şoka salan davranışı böyük müzakirələrə səbəb olub. Belə ki, o, pasiyentlərin palatasına şəffaf kostyumda daxil olub.

AzSABAH.COM-un məlumatına görə, bu barədə “Tulskiye Novosti” xəbər yayıb.

Hadisə Tula Regional Klinik Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində baş verib.

Portalın məlumatına görə, qız müdafiə geyimində çox isti olduğu üçün belə bir addım atdığını deyib. Lakin tibb bacısı kostyumun bu qədər açıq-saçıq olduğunu bilmədiyini etiraf edib.

Səhiyyə Nazirliyinin yerli bölməsindən qadına artıq xəbərdarlıq edildiyi bildirilib.

Loading...

close
close