Cəbrayıl İsrafilov koronavirusdan VƏFAT ETDİ - FOTO

20.07.2020 19:23
748

YUĞ Teatrının keçmiş direktoru Cəbrayıl İsrafilov vəfat edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Apa-ya mərhumun qardaşı, professor İsrafil İsrafilov məlumat verib.

Onun sözlərinə görə, 69 yaşlı Cəbrayıl İsrafilov bu gün koronavirusdan vəfat edib.

Mərhum sabah dəfn ediləcək.

O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. 

Allah rəhmət eləsin!



Loading...

close
close