Cavid Qurbanov vəzifəsindən göndərilir, YERİNƏ GENERAL GƏTİRİLİR

11.04.2023 10:46
3852
643502ce13e84202304234846

Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.

AZSABAH.COM xəbər verir ki, Qol.az-ın əldə etdiyi xəbərə görə, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək. 2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika Federarasiyanın prezidenti seçilib.