Cavanşir Quliyevin vəfat etməsi xəbəri YALANDIR, bu gün əməliyyat olunacaq

12.02.2024 11:18
199
65c9c64c63a2b202402241836
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb. Lakin APA-nın apardığı dəqiqləşmədən sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan isə APA-ya bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.