Cavanşir dolanışığından gileyləndi: “Paket çayı alıb içirik”

19.03.2024 08:17
305
65f912122290a202403241826
"Borcumdur qəşəng geyinim. Sənət adamı məsuliyyət hiss etməlidir. Heç bir göz-nəzərdən də qorxmuram". Azsabah.com xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Ay Zaur" proqramında deyib. Müğənni sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib: 


"Sənətlə dolanırıq. 1 ay orucluq, 2 ay Məhərrəmlik, mayda toy olmur. İyul və fevralda da toy olmur. Toyla dolananlardan danışıram. Toya gedəndə çay da içə bilmirik. Biz də mədəniyyət sahəsində xidmət edən fəhləyik. Fəhlə özü şərəfdir. Təki hamı öz qolunun gücünə çörək qazansın, narkotik alveri etməsin. Toyda biz yeyə bilmirik. Toyu idarə etmək çətindir. Deyir, 200 manatlıq çay içir. Mən 200 manatlıq kostyum geyinə bilmirəm. Paket çayı alıb içirik".