Cavabımız çox sərt olacaq - Putin BÜTÜN DÜNYAYA ELAN ETDİ

10.10.2022 14:30
3909
Putin
Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

Krım körpüsünün partladılması ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin məruzəsi üzrə danışan Rusiya Prezidenti vurğulayıb ki, Kiyev özünü ən təhlükəli terrorçu qruplarla bir cərgəyə qoyub.

Putin bu gün səhər Ukraynanın şəhərlərinə endirilən raket zərbələri barədə də danışıb.

“Səhər yüksək dəqiqlikli silahlarla Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq”, - Putin qeyd edib.