Cabir İmanov Bəhram Bağırzadənin xəstəliyindən DANIŞDI: İNANMAYAN!

16.06.2020 19:28
808

Koronavirusa yoluxan və iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicəsini davam etdirən Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı Əməkdar artist Cabir İmanov paylaşım edib.

AZSABAH.COM-un xəbərinə görə, aktyor insanları həmkarının səhhəti ilə bağlı bir çox KİV-də yayılan xəbərlərə inanmamağa çağırıb.

O, bunları yazıb: “Əziz izləyicilər! Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir “sayt”, “informasiya agentlikləri”, “məlumatçı bloqerlər”, operator “həkimlər”ə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən “adamlara” fikir verməyin. Təşəkkürlər!”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Loading...

close
close