Bunu edənlər 500 manat CƏRİMƏLƏNƏCƏK - İlham Əliyev İMZALADI

29.06.2020 16:29
520

Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

AZSABAH.COM xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Bədən tərbiyəsi və idman haqqında” qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu maddənin tələbinin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.

İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə ediləcək.

Loading...

close
close