Bulvara getmək istəyənlərə VACİB XƏBƏRDARLIQ: Bunları etmək qadağandır! - RƏSMİ

18.05.2020 12:17
254

18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb.

Bakının ən böyük parkı olan Milli Park karantin qaydalarının yumşalmasından sonra necə faəliyyət göstərəcək?

AzSABAH.COM xəbərinə görə, Trend-in sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib ki, bulvar bu gündən etibarən artıq sakinlərin ixtiyarındadır:

“Vətəndaşlar müəyyən şərtlər daxilində hər hansı məhdudiyyət olmadan bulvara gələ bilərlər. İnsanlar Operativ Qərargahın tətbiq etdiyi rəsmi qaydalara uyğun olaraq asudə vaxtlarını burada keçirə bilərlər. Qaydalarda deyilir ki, mütləq 1.5 metr sosial məsafəni gözlənilməlidir və 10 nəfərdan artıq insanın bir yerdə gəzməsi qadağandır.

Əlavə olaraq xüsusi karantin dövrü başlayandan bulvar ərazisində məlumatlandırıcı lövhələr, xəbərdaredici nişanlar qoyulub və yenə də bulvar daxilində saxlanılacaq. Skamyaların üzərində məsafənin qorunması ilə bağlı xəbərdaredici nişanlar olacaq”.

G. Yelmarqızı buvar ərazisində fəaliyyət göstərən kafe və restoranlar, eləcə attraksionlar barədə də məlumat verib:

“Operativ Qərargahın xüsusi təlimatlarına uyğun qaydalara əməl etmək şərti ilə, ərazidəki kafe və restoranlar saat 8-dən axşam saat 18-ə kimi faəliyyət göstərəcək. Attraksionlar, uşaq əyləncə mərkəzləri, qatarlar, idman qurğuları və gəmi səyahətinə hələ də qadağalar qüvvədədir. Ümumi qoyulmuş qaydalara nəzarət Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılacaq”.

Loading...

close
close