Bu xəbər hər kəsin ÜRƏYİNİ DAĞLAYACAQ: Şəhidimizin nəşi gətirilərkən ATASININ ÜRƏYİ PARTLADI - FOTO

14.09.2022 00:42
3721
Sehid

Binəqədi rayonunda şəhidin nəşi ailəsinə təhvil verilənədək atası vəfat edib.

AZSABAH.COM Oxu.Az-a istinadla xəbər verir ki, şəhid Vadim Qocayevin nəşi gətirilənədək, atası Alik Qocayev dünyasını dəyişib.

Məlumata görə, şəhid Vadim Qocayevin həyat yoldaşı hamilədir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.