Bu vəzifələrə İŞÇİLƏR AXTARILIR: MAAŞ 2500 MANAT - FOTO

02.11.2022 13:17
4754
Manat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində Məşğulluq Alt Sistemi fəaliyyət göstərir.

AZSABAH.COM xəbər verir ki, vətəndaşlar asanlogin.my.gov.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.

Mövcud durumda ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlər sayı vətəndaşlarda böyük maraq doğurur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət etdik.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Məşğulluq Alt Sistemində bank sistemi yaradılıb: “Vətəndaşlar vakansiya bankında ölkə üzrə Dövlət Məşğulluq Agentliyinə təqdim edilən və vakansiya bankına yerləşdirilən bütün iş yerləri ilə tanış ola bilərlər. İstənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər".

Hazırda Məşğulluq Alt Sistemindəki vakansiyalar üzrə əmək haqqı işə götürən tərəfindən müəyyən edilir. BAKU.WS-in təqdim etdiyi vakansiyalar üzrə əmək haqqı 450 manatdan 2500 manatadək dəyişir.