Bu universitet bağlanacaq - RƏSMİ

29.02.2024 17:02
337
65e080995b13d202402240321

“Naxçıvan Universitetinin bağlanması ilə bağlı təsisçidən müraciət daxil olub".

 AZSABAH.COM xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin 29 fevral 2024-cü il tarixli brifinqində nazir Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.


"Təbii ki, özəl universitetdir, öz qərarlarıdır. Hazırda sonuncu kursda təhsil alan tələbələr təhsillərini bitirəcəklər, aşağı kurslar isə digər universitetlərə köçürüləcəklər. Bu proses iki cür aparıla bilər. Ya tələbənin ali təhsil müəssisəsinə daxil olduğu balına uyğun, ya da yaşayış yerinə yaxın universitetə uyğun köçürülmə təmin ediləcək".