Leysan

Bu tarixdə leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

03 Oktyabr 2024
983

Oktyabrın 4 və 5-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Azsabah.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, sözügedən tarixlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.