Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ
09 Oktyabr 2024
Oktyabr ayının ilk on günlüyündə olmağımıza rəğmən hava çox isti keçir. Son iki gündür 26 dərəcə olan temperatur sabahkı hava proqnozuna əsasən 30 dərəcəyə yüksələcək. Bəs payız fəslində belə istinin müşahidə olunması normaldır?
Azsabah xəbər verir ki, meteoroloq Cavid Hüseynov bu barədə "Yeni Sabah"a açıqlama verib:
"Ölkəmizdə payız fəsli 22 sentyabrdan 21 dekabradək davam edir. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsir və Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır. Şimal-qərb istiqamətindən ölkəmizə daxil olan soyuq hava kütlələrinin təsiri nəticəsində həftə sonundan etibarən Bakıda və respublikamızın digər rayonlarında havanın temperaturları əvvəlki günlərlə müqayisədə 5-10°C aşağı enəcək, bir neçə gün fasilələrlə yağıntı müşahidə ediləcək".Ekspert yağışlı havanın ən çox Cənub zonasını əhatə edəcəyini də vurğulayıb: "Noyabr ayında havanın temperaturunda intensiv enmə davam edəcək, minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınacaq. Payız yağıntıları ən çox Astara və Lənkəran rayonlarında müşahidə edilir".
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Xəbər Lenti
"Boşanmışam deyə özümə "stop" qoymalıyam?" - FOTOLAR
21.11.2024 19:03
Şou
Kişini toy gecəsi aldadan gəlin - Bakirə olmayan qızların yeni fırıldağı üzə çıxdı
21.11.2024 14:57
Dünya
Azərbaycanda bu xanıma yüksək vəzifə verildi - FOTO
21.11.2024 12:04
Cəmiyyət
“Aparıcılar bu qədər arvadını atan, əxlaqını satan adamı hardan tapırlar?!” - SƏRT SÖZLƏR
21.11.2024 09:54
Cəmiyyət
Planetin yeni hökmdarları? İntellekti ilə insanın yerini tutmağa hazırlaşan canlının adı açıqlandı
21.11.2024 08:50
Maraqlı
Qürbətdə öldü, 22 gün basdırılmadı - “Bəxt üzüyü” filminin "Seda"sı ilə bağlı bilinməyənlər
21.11.2024 08:13
Maraqlı
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib - FOTO
20.11.2024 22:52
Cəmiyyət
"Mənə seks simvolu deyiləndə sevinirəm" - FOTO
20.11.2024 20:08
Şou
Xalq artisti beyin infarktı keçirdib - VİDEO
20.11.2024 18:04
Hadisə
Vüsalənin həyatında kim var? – FOTO
20.11.2024 15:28
Şou