Bu siqaretlərin satışı QADAĞAN EDİLDİ

20.05.2020 17:42
279

Avropa İttifaqı (Aİ) ərazisində mentollu siqaretlərin satışı qadağan edilib.

AzSABAH.COM xəbər verir ki, Avropa Komissiyasının bununla bağlı qərarı bu gündən etibarən qüvvəyə minir.

Aİ-də tütün məmulatlarının satışına məhdudiyyətlər barədə qanunvericilik 2014-cü ildə qəbul olunmuşdu. Qanunvericiliyə əsasən, ətirli, o cümlədən mentollu siqaretlərin bazarlardan mərhələli şəkildə yığışdırılması nəzərdə tutulurdu. 2012-ci ildə ətirli siqaretlərin satışı Avropada ümimi tütün bazarının 5 faizini təşkil edirdi.

Qeyd edilir ki, mentollu siqaretlərin populyarlaşmasından sonra tütün əleyhinə reklam kampaniyalarının səmərəliliyinin azalması müşahidə olunub.

Loading...