Bu şəxslərin maaşı artırılacaq – Nazir müavini açıqladı

03.11.2023 17:28
928
6544f595d790e202311232853

Azərbaycanda təhsil müəssisələrində psixoloqlar Nazirlər Kabinetinin qərarına əsasən təyin edilir.

AZSABAH.COM Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunun müzakirəsi zamanı təhsil nazirinin müavini İdris İsayev deyib.

O qeyd edib ki, şagird sayı 1000 nəfər olanda 1 ştat vahidi, 1-3 min arası olanda 2 ştat vahidi, 3 mindən yuxarı şagird sayı olanda isə 3 ştat vahidi müəyyən olunur.

Psixoloqun maaşının müəllimin maaşından az olması məsələsinə gəlincə isə nazir müavini bildirib ki, müəllimlərin əməkhaqqı məsələsi xüsusi sxemlə, psixoloqların əməkhaqqı məsələsi isə vahid tarif cədvəli əsasında ödənilir. Ona görə də fərq olur.

Nazir müavini bildirib ki, növbəti dövrdə fərqin aradan qaldırılması təmin ediləcək.

AZSABAH.COM