Bu şəxslərə ŞAD XƏBƏR: Yaxın günlərdə... - Sədr AÇIQLADI

09.05.2020 18:34
1846

Qarşıdakı günlərdə yaşı 65-dən yuxarı olan şəxslər üçün karantin rejiminin yumşaldılması ilə bağlı qərar verilə bilər.

AzSABAH.COM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu məsələ gündəmdədir: “Qarşıdakı günlərdə bununla bağlı qərar veriləcək. Ancaq gənclərin böyükləri qorumaq üçün atacaqları addımlardan da çox şey asılıdır”.

Loading...