Bu şəxslərə ŞAD XƏBƏR - PUL VERİLƏ BİLƏR

28.11.2022 21:02
4964
Manat
Beşdən çox uşağı təkbaşına böyüdən atalara sosial müavinət verilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunur.

AZSABAH.COM xəbər verir ki, Konstitusiya Məhkəməsi Milli Məclisə müvafiq tövsiyə verib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda ombudsmanın “Sosial müavinətlər haqqında” qanunun müvafiq maddələri ilə bağlı sorğusu əsasında konstitusiya işinə baxılıb və qərar qəbul edilib.