Bu şəxslərə ŞAD XƏBƏR: Maaşları bu qədər ARTDI

08.02.2024 11:56
1319
65c489989a148202402245816

2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 1 500-dən çox əməkdaşına təxminən 300 min manat bonus ödəyib.

Azsabah.com xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq şirkətdən bildirilib.
“Bu, hər bir əməkdaşın aylıq gəlirinin orta hesabla 190 manat artması deməkdir",- məlumatda qeyd olunub.
Xatırladaq ki, “Azərpoçt” ötən ildən əməkdaşlarının aylıq gəlirlərinin artırılması üçün bonus sisteminin tətbiqinə başlayıb.