Bu şəxslərə ŞAD XƏBƏR: MAAŞLARI ARTIRILDI

21.10.2022 16:28
4609
Manat
Bakı Dövlət Universitetinin (BDU) pofessor, dosent, elmlər və fəlsəfə doktorları və müəllim heyətinin maaşları artırılıb.

AZSABAH.COM-a bununla bağlı ali təhsil müəssisəsindən məlumat verilib.

Bildirilib ki, BDU-nun Elmi Şuranın növbəti iclası keçirilib və cari məsələlərə baxılıb.

Elmi Şuranın qərarına əsasən, tədris fəaliyyətinə cəlb edilən işçilərin əməyinin saathesabı qaydada ödənilməsinin məbləği artırılıb. Bu məbləğ 1 saata görə professor və ya elmlər doktorları üçün 10 manatdan 15 manata, dosent və ya fəlsəfə doktorları üçün 7 manat 50 qəpikdən 11 manata, elmi adı və ya dərəcəsi olmayan müəllimlər üçün 5 manatdan 7 manat 50 qəpiyə qaldırılıb.

Eyni zamanda yığıncaqda BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 10 fakültəsi üzrə 64 nəfər professor vəzifəsinə təsdiqlənib. Elmi Şura həmçinin 2022-ci il üçün BDU-nun doktoranturasına qəbulun nəticələrini təsdiqləyib.