Bu regionlar Rusiyaya birləşdirilir - Putindən Sovet İttifaqı ilə bağlı KRİTİK AÇIQLAMA

30.09.2022 16:46
4048
Putin
“İnsanlar öz seçimini edib. Bu, milyonlarla insanın iradəsidir”.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, bunu Böyük Kreml sarayında Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə həsr olunan mərasimdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Bu, onların BMT Nizamnaməsində təsbit olunmuş ayrılmaz hüququdur”, - Putin vurğulayıb.

Putin Sovet İttifaqının saxlanması ilə bağlı 1991-ci ildə keçirilmiş referendumu xatırlayıb: “Milyonlarla insanın iradəsinə zidd olaraq bizim böyük ölkəmiz parçalandı. Sovet İttifaqı yoxdur, keçmişi qaytarmaq olmaz və müasir Rusiyanın buna ehtiyacı yoxdur, biz buna çalışmırıq”.