Bu qidaları yesəniz, körpəniz təhlükəli xəstəliyə tutula bilər - Hamilələrə XƏBƏRDARLIQ

01.03.2024 19:00
280
65e1edcf19070202403240135

Hamburger, pizza, kartof və s. fast food məhsulu görünüşü və dadına görə bir çox insanın vazkeçilməzidir. Amma təəssüf ki, əksər mütəxəssislər fast foodun sağlamlığa zərərli olması ilə razılaşırlar. Hamilə qadınlar üzərində aparılan yeni bir araşdırma bu reallığa tamamilə fərqli prizmadan işıq salır.

Azsabah.com Yenisabah.az-a istinadən xəbər verir ki, Vaşinqton Universiteti Tibb Fakültəsi tərəfindən Environment International-da nəşr olunan araşdırmaya görə, hamiləlik dövründə həddindən artıq işlənmiş qidalar və ya fast food istehlakı döl üçün risk yaradır. Tərkibindəki yağ və səbəb olduğu kalorilər bir yana, təhlükə ümumiyyətlə hamburger və kartof qızartmasının tərkibində olan kimyəvi maddələrdən qaynaqlanır. Ftalatlar kimi tanınan bu kimyəvi maddələr tez-tez fast food qablaşdırmasından və ya yeməyi hazırlayan şəxsin plastik əlcəklərindən qidaya daxil olur. Üstəlik, bu kimyəvi maddələr hamilə ananın qan dövranına daxil olur və autizm, DEHB, vaxtından əvvəl doğuş və aşağı düşmə ilə əlaqələndirilir.

Tədqiqatçılar, kartof qızartması, burger çörəkləri və sərinləşdirici içkilər, həmçinin tort qarışıqları kimi adi fast-food məhsulların təhlükəli olduğunu bildiriblər. Bu səbəbdən mütəxəssislər hamilə qadınlara mümkün qədər tez və işlənmiş qidalardan uzaq durmağı tövsiyə edib.