Bu qadağa LƏĞV EDİLDİ - 1 iyuldan ETİBARƏN...

28.06.2020 17:42
707

Avropa İttifaqı (Aİ) iyulun 1-dən Gürcüstan vətəndaşlarının Aİ ərazisinə girişinə qoyulan qadağanı ləğv edəcək.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.

İttifaqa üzv ölkələrin səfirləri Gürcüstan da daxil olmaqla 14 ölkənin (Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Montoneqro, Serbiya, Tailand, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunis) vətəndaşlarının iyulun 1-dən Aİ ərazisinə sərbəst girişinə icazə verilməsi barədə razılığa gəlib. ABŞ, Türkiyə, Rusiya, İsrail və Səudiyyə Ərəbistanı bu ölkələrin siyahısına daxil edilməyib.

Loading...

close
close