Bu ölkələr arasında savaş başladı: ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR, ÇOX SAYDA YARALI VAR

16.09.2022 11:07
10269
6324213f3707b202209220951

Tacikistan və Qırğızıstan sərhədində baş verən hərbi toqquşmalarda onlarla insan yaralanıb. 

AZSABAH.COM xəbər verir ki, bu barədə "Sputnik Tacikistan" məlumat yayıb.

Bildirilir ki, səhər saatlarında baş tutan atışma zamanı tanklar və pilotsuz təyyarələrdən də istifadə edilib.

Nəşrin məlumatına görə , Tacikistan Silahlı Qüvvələri mübahisəli ərazilərə yaxın iki yaşayış məntəqəsinə - Dustuk və Maksada girərək burada mövqeləniblər. Lakin hələlik nə Qırğızıstanın sərhəd xidməti, nə də Tacikistanın təhlükəsizlik qüvvələri bu məlumatları təsdiqləməyib.

Qırğızıstan-Tacikistan sərhəddində gərginlik: Səbəblər və nəticələrYerli sakinlərin sözlərinə görə, demək olar ki, bütün sərhəd bölgələrində döyüşlər gedir.

"Sputnik Qırğızıstan" onu da yazıb ki, Fövqəladə Hallar Nazirliyi ölkənin sərhədyanı Leylek və Batken rayonlarının sakinlərinin təxliyəsinə başlayıb. Səhər saat 10:00-a olan məlumata görə, Qırğızıstan tərəfdən 18 nəfər yaralanıb.

Bu arada, Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistan tərəfinə etiraz notası təqdim edib. Bişkek qeyd edib ki, Tacikistan əvvəllər əldə edilmiş razılaşmaları pozaraq, silahlı qüvvələrdən, ağır texnikadan istifadə etməklə qoşunlarını Qırğızıstan Respublikasının sərhədinə çəkərək Qırğızıstan-Tacikistan dövlət sərhədinin bütün perimetri boyunca sərhəd və mülki obyektlərə hücum edib.

Qırğızıstan tərəfi atəşkəs və hərbi birləşmələrin çıxarılmasını tələb edərək, sərhəddəki bütün problemlərin siyasi və diplomatik yollarla həll edilməli olduğunu vurğulayıb.

Hazırda Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev və onun tacikistanlı həmkarı Saimumin Yatimov arasında danışıqlar aparılır.(AzVision.az)

Loading...