Bu kəndlərdə koronavirus SÜRƏTLƏ YAYILIR - RƏSMİ/SİYAHI

15.05.2020 17:31
1106

"Yoluxmanın yüksək olduğu bölgələrdən biri Lənkəran rayonudur".

AzSABAH.COM xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Lənkəranın kəndləri üzrə ən çox yoluxmalar belədir: "Boladi kəndində 16 fakt aşkarlanıb. Çiləvar kəndində 8, Çağlaser kəndində 31, Vilvan kəndində isə 11 fakt qeydə alınıb. Bu göstəricilər bizi qətiyyən qane edə bilməz".

Loading...

close
close