Bu kənddə təmtəraqlı yas mərasimləri QADAĞAN EDİLDİ- QƏRİBƏ SƏBƏB

18.03.2024 14:35
460
65f819938a01a202403243811

Azərbaycanda daha bir kənddə yas mərasimində yemək verilməməsi qərara alınıb.

Azsabah.com xəbər verir ki, Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcək.

Həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığını bildiriblər.

Hətta qeyd edilib ki, artıq bir neçə ildir Şəkinin Orta Zəyzid kəndində bu qayda tətbiq olunur. 

Xatırladaq ki, daha əvvəl də Naxçıvanın Mahmudkənd və Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində yemək verilməsini dayandırıblar.

Bunu israfçılıq hesab edən kənd sakinləri Camaldın kəndində yas mərasimlərində yalnız çay süfrəsi olacağını bildiriblər.(ölkə.az)