Bu kənddə sərt karantin rejimi LƏĞV EDİLDİ - Azərbaycanlılara ŞAD XƏBƏR

01.07.2020 11:30
538

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Muşevani (Dəllər) kəndində sərt karantin rejimini ləğv edilib.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, kənd Gürcüstanda sərt karantin rejiminin tətbiq edildiyi sonuncu bölgə idi.

Bildirək ki, 750 nəfər əhalisi olan Muşevanidə 80-dən çox yoluxma qeydə alınıb.

Qeyd edək ki, Muşevanidə sərt karantin rejiminin iyulun 6-da ləğv ediləcəyi deyilirdi.

Loading...

close
close