Bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər AÇIQLANDI

04.02.2024 23:27
1060
65bfe58f536bd202402242919

Bu il Novruz çərşənbələri fevral ayından başlayacaq.

Azsabah.com xəbər verir ki, bu il Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək.

Belə ki, növbəti olan Od çərşənbəsi martın 5-i, Martın 12-də Yel çərşənbəsi, Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək.

Qeyd edək ki, təqvimə əsasən, bu il Yaz fəsli 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq. (news24.az)