Bu icra başçısının kreslosu böyük söz-söhbətə SƏBƏB OLDU - FOTO

13.05.2020 08:54
770

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun xidməti otağındakı kreslo müzakirələrə səbəb olub.

 

AzSABAH.COM-un xəbərinə görə, A.Qasımovun kreslosunun dəbdəbəli olması birmənalı qarşılanmayıb.

 

Müzakirələr zamanı bildirilib ki, yüksək vəzifəli şəxslər siravi insanlardan fərqlənməməlidirlər.

 

Məsələ ilə bağlı rayon icra hakimiyyəti ilə əlaqə saxlasaq da, sorğumuza cavab verən olmayıb.

 

Xatırlatma: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə onun üçün qoyulan kreslonun dəyişdirilməsini tələb edib: “Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”. Sonra ölkə başçısı üçün qoyulmuş xüsusi kreslo adi stulla əvəzlənib.

 

Qeyd: A.Qasımov 2015-ci ildən Nizami RİH-in başçısıdır. O, bundan əvvəl Siyəzən RİH-in başçısı olub.

undefinedundefined


Pravda.az

Loading...