Bu holdinq Vasif Talıbovun ƏLİNDƏN ALINDI, ADI DƏYİŞDİRİLDİ

06.01.2023 10:32
5537
63a2cc681aef6202212220544
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.

AZSABAH.COM xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, artıq şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.

Faktı APA-ya şirkətdən təsdiqləyiblər.

Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.

Qeyd edək ki, “Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olub.