Bu gün qətlə yetirilən hərbçimizin GÖRÜNTÜSÜ - FOTO

27.01.2024 19:32
448
65b5229b36f0b202401243451

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, zabit Abdullayev Amil Hümbət oğlu qətlə yetirilib.

Azsabah.com sfera.az-a istinadən qətlə yetirilən hərbçinin fotosunu təqdim edir.

 Qeyd edək ki, fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub. O, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.