Bu gecə ikinci Qədr gecəsidir

14.05.2020 11:17
226

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

AzSABAH.COM xəbər verir ki, növbəti Qədr gecəsi mayın 16-na, sonuncusu isə mayın 20-nə təsadüf edəcək.

Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Qeyd edək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.

Xatırladaq ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib. 

Loading...

close
close