Zelzele

Bu ərazilərdə zəlzələ olacaq – Ən təhlükəli zonalar AÇIQLANDI

07 Oktyabr 2024
415

Məlum olduğu kimi, dünyanın bir çox yerlərində, o cümlədən ölkəmizin yerləşdiyi coğrafiyada zəlzələ riski yüksəkdir. Xüsusilə tektonik plitələrin kəsişdiyi və toqquşduğu yerlər yüksək riskli nöqtələr kimi seçilir. Ölkəmizdə Kiçik Qafqazın şimal yamacı, Gəncə, Gədəbəy ətrafı, yuxarı tərəf isə Oğuz, Şəki, Qəbələ zonası da bu sıraya daxildir, orada yerləşən ocaqlar hər an aktivləşə, həmin bölgələrdə seysmik aktivlik müşahidə oluna bilər. 

Bəs dünyada hansı ərazilər bu cəhətdən daha risklidir?

Yenisabah.az seysmik cəhətdən aktiv zonaları təqdim edir

Türkiyədə Şimali Anadolu Fay Xəttinin şimalında Avrasiya Plitəsi, cənubunda isə Anadolu Plitəsi yerləşir. Cənubdan həm Afrika plitəsi, həm də cənub-şərqdən Ərəbistan plitəsinin hərəkəti ilə bölgə çox fəallaşır.

Başqa bir misal olaraq göstərə bilərik ki, Sakit okean plitəsinin sərhədlərini işarə edən Alov Üzüyüdür. Dünyadakı zəlzələlərin 81 faizi Sakit Okean Seysmik Zona kimi də tanınan bu yerdə baş verir.

Çilidən şimala Cənubi Amerika sahilləri, Mərkəzi Amerika, Meksika, ABŞ-ın qərbi, Alyaskanın cənubu, Yaponiya, Filippin, Yeni Qvineya, Cənubi Sakit okean adaları və Yeni Zelandiya bu zonada yerləşir. Sözügedən zonanın bütün ölkələrində uzaq və ya yaxın keçmişdə güclü zəlzələlər olub.

Daha az riskli yerlər də var. Plitələrin ortasına doğru irəlilədikcə böyük zəlzələ yaşama riski azalır.

Avrasiya plitəsinin daxili hissələrində yerləşən demək olar ki, bütün Rusiya, Avropanın şimal-şərqində, İslandiya istisna olmaqla, Skandinaviya, bir-biri ilə həmsərhəd olan bölgələr istisna olmaqla, bütün Almaniya və Fransa, İspaniya, Portuqaliya, Böyük Britaniya, Braziliya , Argentina, Afrika qitəsinin şərqi Səudiyyə Ərəbistanı, Qətər, Cənubi Qütb və Avstraliya istisna olmaqla, bu bölgələr arasında sayıla bilər.

Amerika Coğrafiyaçılar Assosiasiyasından coğrafiyaşünas Mario Hansen qeyd edib ki, yer səthində seysmik fəaliyyət və zəlzələlərdən tamamilə təhlükəsiz olan heç bir yer yoxdur. Mütəxəssis plitə sərhədlərinə yaxın olan ölkələrdə şiddətli zəlzələ riskinin çox daha yüksək olduğunu vurğulayıb.

Hindistan Geoloji Xidmətindən geoloq Abhishek Tiwari, bütün zəlzələlərin yalnız təxminən 9 faizinin plitə sərhədləri ilə əlaqəli olmayan aktiv qırılma sistemlərində olduğunu bildirir və ən az riskli yerlər arasında Rusiya və Cənubi Amerikanın şərqini göstərir.

Avropa ölkələri arasında seçilən ərazi Maltadır. Bu kiçik ada ölkəsi Aralıq dənizində olmasına baxmayaraq,  Afrika Plitəsi təhlükəsiz zonasında yerləşir . Araşdırmalar göstərir ki, 1542-1923-cü illər arasında Maltada 7 zəlzələ baş verib. Bunlardan sonuncusu 1923-cü ildə baş verib və 6,4 bal gücündə olan bu zəlzələ bəzi binalarda çatlar yaradıb. 1856-cı ildə episentri Krit adasında olan 7,7 bal gücündə zəlzələ Maltada hiss edilən ən böyük zəlzələ kimi qeydə alınıb. Bu zəlzələdə çoxlu binalara ciddi ziyan dəyib.

Avropaya daha ətraflı nəzər salmaq lazımdırsa, Avropa Birliyi tərəfindən maliyyələşdirilən SHARE adlı proqram tərəfindən hazırlanan Avropa Seysmik Təhlükə Xəritəsini görürük. Layihəyə əsasən, Avropada ümumi uzunluğu təxminən 64 min kilometr olan 1100-dən çox fay xətti var. Qaynar nöqtələr Türkiyə, Yunanıstan və İtaliya kimi seçilir.

Türkiyədə zəlzələ riski olan vilayətlər beş fərqli kateqoriyaya bölünür. Bu çərçivədə dördüncü və beşinci kateqoriyalardakı vilayətlər zəlzələ riskinin aşağı olduğu hesab edilir. Bu iki kateqoriyada olan vilayətlər Karaman, Kırklareli, Nevşehir, Aksaray, Konya, Ədirnə, Ankara, Niğde, Sinop, Giresun, Rizə, Artvin, Trabzon və Adanadır. Lakin bu şəhərlərdə riskin az olması mümkün zəlzələnin bu bölgələrə təsir etməyəcəyi mənasına gəlmir.