Bu ərazilər Azərbaycana QAYTARILIR - Paşinyanın sərhədə MÜƏMMALI SƏFƏRİ

25.07.2021 23:55
10107

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti idarə edən Nikol Paşinyan ölkənin polis rəisi Kazaryanın və onlarla polis əməkdaşının müşayiəti ilə Qazax rayonu ilə həmsərhəd Tavuş bölgəsinə gedib.

AZSABAH.COM Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Yerevan Today" məlumat yayıb.

Bildirilib ki, Paşinyan səfər çərçivəsində yerli özünüidarəetmə orqanları ilə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyasi və demarkasiyası ilə bağlı məsələləri müzakirə edəcək.

Erməni ictimaiyyəti narahatdır ki, Paşinyan artıq Qazax rayonunun işğal altında olan 7 kəndini qaytarmaq məcburiyyətindədir və bu məsələsini yerli hakimiyyətlə razılaşdırmaq, kəndlərdəki əhalini evukasiya etmək niyyətilə bölgəyə yollanıb.

“Əgər sərhədlərin delimitasiyası prosesində SSRİ dağılmamışdan əvvəlki sovet xəritələrinə istinad olunacaqsa, Ermənistan Tavuş rayonunda birtərəfli güzəştlərə gedəcək və strateji əhəmiyyət daşıyan bir sıra yaşayış məntəqələrini Azərbaycana təhvil verəcək”, - nəşr bu təxminləri irəli sürüb.

Sayt ehtimal edir ki, Paşinyanın Tavuşa səfərindən sonra sərhəddə atışmalar başlaya bilər.

Loading...