Bu, dövlətə böyük zərbədir - Millət vəkilindən karantin rejimi ilə bağlı AÇIQLAMA

26.06.2020 19:29
408

“Son günlərdə koronavirusa yoluxan insanlaırn sayının artması vətəndaş məsuliyyətsizliyinin, sosial davranışın zəifləməsinin, insanların dövlətin müəyyən etdiyi qaydalara əməl etməməsinin nəticəsidir”.

AZSABAH.COM-un məlumatına görə, bunu YAP Siyasi Şurasınını üzvü, millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili əlavə edib ki, Azərbaycan bütün ölkələrin əksəriyyətindən əvvəl sistemli şəkildə qabaqlayıcı tədbirlər həyata keçirməyə başlayıb: “Dövlət tərəfindən görülən önləyici tədbirlər, həyata keçirilən sosial təcrid, sərt karantin rejimi dövründə virusa yoluxanların sayı xeyli azalmışdı. Dünya ölkələri arasında ən az yoluxma Azərbaycanda idi. Lakin vətəndaşların karantin rejiminin yumşalmasından sui-istifadə etməsi və sərgilədiyi məsuliyyətsizlik sayəsində virusa yoluxma halları artmağa başlayıb. Azərbaycan hökumətinin bu qədər genişmiqyaslı işlərinin müqabilində bəzi vətəndaşların səhlənkarlığı və laqeydlyi, biganəliyi dövlətin həyata keçirdiyi pandemiya ilə mübarizə planlarına mane olur, əldə edilən müsbət nəticələrin effektivliyinə mənfi təsir göstərir”.
A.Hüseynov bildirib ki, koronavirus bütün insanların ümumi problemidir, bunu hər bir vətəndaş bilməlidir: “Hər vətəndaş dərk etməlidir ki, təkcə onun virusa yoluxması və ətrafdakılara yayması dövlətə böyük zərbə vurması deməkdir. Bu, təkcə tibbi baxımdan deyil, ümumi iqtisadi-sosial vəziyyətə ciddi təsir edir, zərər verir. Dövlət son aylarda pandemiya ilə mübarizəyə on milyonlarla manat vəsait yönəldib. Prezidentin Ehtiyat Fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyon manat vəsait ayrılıb. Modul xəstəxanaların tikintisinə 10 milyon manat xərclənib. Əlavə olaraq 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bir koronavirus xəstəsinin müalicəsi üçün bir gündə 80-150 manat sərf edilir. Bir xəstənin müalicəsinə pul ayrılır. Hazırda koronavirusa yoluxanların sayı 14 mini ötüb. Eyni zamanda, digər tibbi və sosial xərclər, həkimlərin əməkhaqqısına əlavə ödəmələrvə digər xərclərin məbləği də nəzərə alındıqda dövlətin böyük həcmdə vəsaitlər xərclədiyini görmək olar.
Nəzərə alsaq ki, iqtisadiyyatı hər gün milyonlarla manat itirir, çünki iqtisadi fəallıq azalır, məhdudiyyətlər iş yerlərinin dayanmasına, real sektorlardan daxil olan əlavə dəyərlərin aşağı düşməsinə gətitib çıxarır. İqtisadiyyatımız 2020-ci ilin 5 ayı ərzində 1,7 fazi aşağı düşüb, halbuki ötən ilin müvafiq dövründə 2,2 faiz iqtisadi artım əldə olunmuşdu”.
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatı hər gün koronavirusa görə, 120-150 milyon manat itirir: “Ona görə də, hər bir vətəndaş vəziyyətin ciddiliyini aydın şəkildə dərk etməlidir. Çünki dövlətin itirməsi vətəndaşın itirməsi deməkdir, dövlət qazandığı gəlirləri ona xərcləyir, sosial rifahının yaxşılaşmasına yönəldir. Hətta ən çətin günlərdə, böyük maliyyə itkiləri şəraitində belə hökumətimiz insanların gündəlik sosial-iqtisadi həyatına dəyən zərələri qarşılamaq üçün bütün maliyyə imkanlarını səfərbər edir. Nazirlər Kabineti tərəfindən hazırlanmış və maliyyə tutumu 2,5 milyard manat olan dəstək proqramlarını əhatə edən Tədbirlər Planının icrası da dövlətin vətəndaşa, sahibkara yüksək qayğısının nəticəsidir. İşsiz və iş axtaran şəxslərə, aztəminatlı ailələrə 190 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi, yardım alanların sayını 2 dəfə artıraraq 200 mindən 600 minə çatdırılması dövlətin sosial humanziminin ifadəsidir. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək bu proqramın tərkib hissəsidir. Ölkəmizdə ünvanlı sosial yardım alanların sayının artırılması, özünüməşğulluq proqramlarına cəlb edilən ailələrin əhatəsinin genişləndirilməsi, ictimai əsaslı iş yerlərinin yaradılması və digər sosial tədbirlər yüzminlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, sahibkarlara böyük vergi güzəştləri olundu, sosial sığorta ödənişlərində əhəmiyyətli azaltmalar tətbiq ediləcək. Bütün bunlar büdcəyə nəzərdə tutulan vergi və sosial ödənişlərin azalması deməkdir.
Bəzi vətəndaşlar bu gün vəziyyətin hansı dərəcədə kritik olmasını anlamır, məsuliyyətsizlik edir, qaydlara riayət etmir, maska taxmır, sosial məsafəni gözləmir və s. Bir nəfərin sosial məsuliyyətsizliyi ümumilikdə dövlətin səhiyyə sisteminin, iqtisadi-sosial siyasətinin xeyli zəifləməsinə gətirib çıxarır. Bir vətəndaşım məsuliyyətsizliyi minlərlə insanın virusa yoluxmasına səbəb olmaqla yanaşı, ölkəmizin pandemiya ilə mübarizə tədbirlərinə də ciddi zərbə vurur, səhiyyənin imkanlarını məhdudlaşdırır, dövlətin və cəmiyyətin ağır sosial və iqtisadi problemlərlə üzləşməsinə yol açır”.
Onun sözlərinə görə, bir vətəndaşın məsuliyyətsizliyi dövlətin iqtisadi proqramlarını ləngidir: “İqtisadiyyatımızın zəifləməsi dövlətin iqtisadi və sosial proqramlarının təxirə salınmasına səbəb olur. Büdcəmiz itkilərə məruz qalır. Vergi orqanları təkcə büdcəyə ödənilməsi olan 140 milyon manat vəsaiti itirəcək, halbuki ötən il vergi və gömrük orqanları plandan əlvaə 1,1 milyard manat büdcəyə pul ödəmişdi. 2020-ci ilin ilk rübündə də 300 milyon əlavə pul köçürülüb. Demək, pandemiyanın geniş yayılması büdcədə vergi və gömrük ödənişlərinə də ciddi təsir edir.
Bu, bir həqiqətdir ki, dövlət büdcəsinin imkanlarının azalması sosial sahədə nəzərdə tutulan əlavə tədbirləri görməyə imkan vermir. Dövlət hər il büdcənin imkanları artan zamanı ilk növbədə bu vəsaitləri sosial sahələrə yönəldir, pensiya, maaş, təqaüdlər artırılır, sosial yardımın əhatəsi genişləndirilir. 2019-cu ildə böyük inqilabi sosial paket gerçəkləşdi, şəhid ailələrinə birdəfəlik ödəmlər verildi, məvburi köçkünlərin soisla şəraiti yaxşıalşdırıldı, dollar kreditləri üzrə borcu olan on minlərlə vətəndaşın borcunu dövlət öz üzərinə götürdü. Ümumilikdə, 4 milyon insan ötən il bu sosial paketdən və proqramlardan faydalandı. Bu siyasət davamlı xarakter daşıyır və dövlətimizin maliyyə imkanları artdıqca qeyd edilən bütün sahələrə dövlətin diqqət və qayğısı artır. Sözsüz ki, 2020-ci ildə də bu tədbirlər davam etdirilir və hökumət yenidən maaş və pensiyaları, təqaüdləri, müavinətləri və digər sosial ödənişləri artırmağı nəzərdə tuturdu.
Bu gün Azərbaycan güclü ordu quruculuğu istiqamətində uğurlu addımlar atır, büdcəmizin artan imkanları həm də ordumuzun maddi-texniki bazasının güclənməsi deməkdir. İqtisadiyyatımızın inkişafı ordumuzun inkişafı deməkdir. İqtisadi imkanlarımızın yüksəlməsi hərbçilərimizin maddi və sosial şəraitlərinin daha da yaxşılaşmasına səbəb olur, onların mənzillərlə təmin edilməsi genişlənir. Eyni zamanda, şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərə hər il dövlər tərəfindən pulsuz yüzlərlə mənzil, avtomobil verilir. Qaçqın və məcburi köçkünlər mənzillərlə təmin edilir. Bütün regionlarda yeni sosial obyektlər tikilir, yol və körpülər çəkilir, suvarma sistemləri yenidən qurulur, kənd təsərrüfatına diqqət daha da artırılır. Bütün bunlar və digər tədbirlər dövlətimzin iqtisadi gücünün olması sayəsində mümkün olur. İqtisadiyyatımız gücləndikcə, bu proqramların əhatə dairəsi də genişlənir. İqtisadi imkanlar olmadıqda bu proqramları həyata keçirmək çətinliklər yaradır…
Hər bir vətəndaş milli təəssübkeşliyini, vətənpərvərliyini artırmalı, indiki vəziyyəti dərindən dərk etməlidir. Bir vətəndaşın laqeydliyi yüz, min, yüz min və nəhayət 10 milyon insanın həyatına təsir göstərir, dövlətin sosial və iqtisadi gücünə ciddi təsir edir. Ona görə də, bu gün sosial məsuliyyəti, dövlət – vətəndaş birliyi daha da gücü olmalıdır. Bu bəlaya qarşı ictimai həmrəylik nə qədər güclü və davamlı olarsa daha yaxşı nəticələr əldə etmək mümkündür”.

Loading...

close
close