Bu Azərbaycan klubu 1 milyon dollara futbolçu aldı - FOTO

24.06.2022 13:08
354
photo_83300099

"Qarabağ" Braziliyanın "Nautiko" klubunun futbolçusu Rhaldneylə anlaşıb.

AZSABAH.COM xəbər verir ki, "Report" "ne45.com.br" saytına istinadən bu barədə məlumat yayıb.

Məlumata görə, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən "köhlən atlar"a qoşulacaq.

Ağdam klubunun "sambaçı" üçün qarşı tərəfə 1 milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Arxa xətt oyunçusunun "Nautiko" ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Raldney indiyədək yalnız Braziliya klublarında çıxış edib.