Brilliant imicini dəyişdi TANINMAZ HALA DÜŞDÜ – VİDEO

09.03.2024 14:03
286
65ec340eadc74202403240358

Xalq artisti Brilliant Dadaşova 8 Mart - Beynəlxalq Qadınlar Günündə paytaxt restoranlarının birində səhnəyə çıxıb. 

Azsabah.com bizim.media-ya istinadən bildirir ki, sənətçi fərqli görünüşü ilə diqqətləri üzərinə cəmləyib. 

Belə ki, Brilliant uzun saçlarını kəsdirərək qısaldıb və onları sarı rəngə boyayıb. Dadaşova əyninə topuğa qədər uzanan, yanları dərin yırtmaclı, sinə dekolteli libas geyinib. 
Müğənni bu görünüşünü isə çəhrayı "oversize" şalvar ilə bəzəyib. Gözlərini işıqlı məkandan qorumaq üçün Xalq artisti eynək taxıb. B.Dadaşova onu seyr etməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb.