Böyük müharibə XƏBƏRDARLIĞI- "Belə bir səhv olsa..."

03.12.2023 15:50
667
656c6ba6d07af202312235102

"Hizbullah" terror təşkilatı İsrailə qarşı böyük müharibəyə başlayacağı təqdirdə, öz əlləri ilə Livanı məhv edəcək.

AZSABAH.COM Teleqraf.com-a istinadla xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Hizbullah"ın bizə qarşı bütün cəhdlərinə baxmayaraq, daim şimalda fəaliyyət göstəririk. Terror yuvalarını məhv edirik, sərhəddən çıxarırıq, sursatları məhv edirik. Şimalda güclü müdafiəni davam etdirəcəyik, cənubda tam qələbəyə nail olacağıq.

Biz şimalda və cənubda təhlükəsizliyi bərpa edəcəyik. "Hizbullah" səhv edib genişmiqyaslı müharibəyə girərsə, Livanı öz əlləri ilə məhv edəcək", -deyə baş nazir bildirib.