Boşanmaq istəyən arvadını belə yandırdı - DƏHŞƏTLİ OLAY/FOTO

11.05.2020 20:44
408

Türkiyənin İsparta şəhərində qadın zorakılığa məruz qaldığı və boşanmaq istədiyi ərinin hücumuna məruz qalıb.

AzSABAH.COM bildirir ki, “İhlas Haber Ajansı”nın (İHA) məlumatına görə, üç uşaq anası olan 38 yaşlı Məlahət Ü.-yə əri M.A.Ü. kimyəvi maddə atıb.

Nəticədə, üzü, qolu və əli yanan qadın xəstəxanaya yerləşdirilib.

Qadın bildirib ki, ərinin ona qarşı zorakılıqlarına görə məhkəmənin uzaqlaşdırma qərarı olub. Əri dəfələrlə onu boşanarsa, övladlarını uşaq evinə verəcəyi ilə hədələyib.


Loading...