BMW ilə "avtoşluq" edən “Nikosayağı”nın qaynı imiş - VİDEO

02.03.2024 23:13
314
65e37a64a843b202403241340

Gəncə şəhərində BMW markalı avtomobillə avtoxuliqanlıq edən sürücü sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin qohumu imiş.

Azsabah.com oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhərində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü Şərif Şərifov “Nikosayağı”nın qaynıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Ş.Şərifov özünə məxsus BMW markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, təhlükəli manevrlər edib.

Sürücü barəsində toplanmış material aidiyyəti üzrə məhkəməyə göndərilib.

Xatırladaq ki, 2023-cü ilin avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb. N.Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.