Binəli Yıldırım Qarabağda qorxunc qəzaya düşdü, TƏCİLİ BAKIYA GƏTİRİLDİ

20.10.2022 21:38
3669
63518f2fbdcc8202210221055
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfəri çərçivəsində ölkəmizə gələn Ak Parti sədrinin müavini Binəli Yıldırım yol qəzası keçirib.

AZSABAH.COM "Sabah" qəzetinə istinadən xəbər verir ki, qəza B. Yıldırımın olduğu avtomobilin ön təkərinin partlaması nəticəsində baş verib.

Ak Parti sədrinin müavini və avtomobildə olan millət vəkili Şamil Ayrım helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca onların səhhəti barədə açıqlama verib.

"Azərbaycana səfər edən cənab Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobili qəzaya uğrayıb. Onunla (B. Yıldırımla) danışdım və hər üçünün səhhətinin yaxşı olduğunu öyrəndim. Bir daha keçmiş olsun deyirem”, - F. Koca bildirib.

Qeyd edək ki, AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.

Musavat.com