“Bəyin oğurlanması” süni intellektin təqdimatında - VİDEO

19.01.2024 01:13
487
65a99551ef993202401241705

Süni intellekt vasitəsilə “Bəyin oğurlanması” filmindən elçilik səhnəsi aktyorların səsləri saxlanılmaqla ingilis dilinə çevrilib.

Azabaah.com xəbər verir ki, video bir sıra sosial media hesablarında paylaşılıb.

Qeyd edək ki, 1985-ci ildə çəkilmiş bu film, Azərbaycan kino sənətinin unudulmaz əsərlərindən biri olaraq qalır. Film, Ceyhun Mirzəyev və Vaqif Mustafayevin rejissorluğu ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib. Əsas rolları Həsənağa Turabov (Əsəd), Səyavuş Aslan (Mustafa), Natəvan Məmmədova (Yasəmən), Tamara Şakirova (Nigar) və digər tanınmış aktyorlar ifa ediblər. Filmdə Azərbaycanın toy adətləri haqqında film çəkmək istəyən, lakin bunu bacara bilməyən bir rejissorun hekayəsindən bəhs olunur. (oxu.az)