Bəy son anda toyu ləğv etdi- ŞOK SƏBƏB

25.03.2024 08:27
541
6600fd7802a91202403242840

Hindistanın Madhya-Pradeş ştatında bəy ona motosiklet və qızıl zəncir hədiyyə almadığı üçün toyunu ləğv edib.

Azsabah.com  lent.az-a istinadən bildirir ki, bəy və gəlinin ailələri şadlıq sarayına toplaşan zaman mübahisə düşüb. Bəyin qohumları dərhal gəlinin qohumlarından vəd edilmiş cehizi tələb ediblər: motosiklet və bəyin xəyal etdiyi qızıl zəncir. Cavab veriblər ki, ala bilməyəcəklər.

Sözlü mübahisə başlayıb və az qala davaya çevrilsin. Bəy gəlinin atasının yaxasından tuta bilsə də, sonda toyun ləğv olunduğunu elan etməklə kifayətlənib. Bundan sonra o, qohumları ilə şadlıq sarayını tərk edib.