"Beşiktaş" evdə uduzdu, "Qalatasaray"la "Fənər" səfərdən 1 xalla qayıtdi - AL NƏTİCƏLƏRİ
Avropa Liqasında Liqa mərhələsinin 2-ci turunun matçları keçirilib.
Sportinfo.az xəbər verir ki, “Qarabağ” Bakıda İsveç çempionu "Malmö"nü qəbul edib.
Oyunda "Malmö" 2:1 hesablı qələbə qazanıb.
Türkiyə klublarından "Fənərbaxça" "Tvente" (Niderlnad) ilə, "Qalatasaray" RFŞ-lə (Latviya) heç-heçə edib. "Beşiktaş" isə "Ayntraxt"a uduzub.
"Qarabağ"ın rəqiblərindən "Elfsborq", "Olimpiakos", "Lion" və "Styaua" qalib gəlib. "Bodo Qlimt" və "Ayaks" heç-heçə edib. Ağdam təmsilçisinin ilk turda uduzduğu "Tottenhem" isə "Ferentsvaroş"u məğlub edib.
20:45 "Ferentsvaroş" (Macarıstan) – "Tottenhem" (İngiltərə) 1:2
Qollar: Varqa, 90 - Sarr, 23, Conson, 86
20:45 "Hoffenhaym" (Almaniya) – "Dinamo" (Kiyev, Ukrayna) - 2:0
Qollar: Hozek, 22, 60
20:45 "Latsio" (İtaliya) – "Nitsa" (Fransa) - 4:1
Qollar: Pedro, 20, Kastelyanos, 35, 53, Zakkani, 67-pen.
20:45 "Makkabi" (Təl-Əviv, İsrail) – "Midtyülland" (Danimarka) - 0:2
Qollar: Frankulino, 39, Kilufya, 89
20:45 "Olimpiakos" (Yunanıstan) – "Braqa" (Portuqaliya) - 3:0
Qollar: El Kaabi, 45, 59, Hezze, 53
20:45 RFŞ (Latviya) – "Qalatasaray" (Türkiyə) - 2:2
Qollar: İkaunieks, 40, Odişarya, 55 - Mertens, 12, Akgün, 38
20:45 "Slaviya" (Çexiya) – "Ayaks" (Niderland) - 1:1
Qollar: Çori, 67- Van den Boomen, 18-pen.
20:45 "Real Sosyedad" (İspaniya) – "Anderlext" (Belçika) - 1:2
Qollar: Marin, 5 - Vasqez, 28, Leoni, 39