Bərdədə 15 yaşlı uşaq otlaq sahədə işləyən zaman üstünə aşan traktorun altında qalaraq ölüb.
AZSABAH.COM xəbər verir ki, hadisə rayonun Yenidaşkənd kəndində baş verib.
Belə ki, həmin kəndin sakini 2005-ci il təvəllüdlü Məmədzadə Elnur Siyavuş oğlu otlaq sahədə işləyərkən ehtiyatsızlıqdan traktor üzərinə aşıb. O, yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.