Benzin və dizellə bağlı BƏD XƏBƏR – Qiymətlər…

10.02.2024 13:35
2277
Benzin
Hazırda güclü tələb fonunda qlobal neft hasilatı imkanları məhduddur. Böyük Britaniyanın BP şirkətinin rəhbəri Mutrrey Okinklossun investorlarla söhbət zamanı deyib ki, dünyada dizel istehsalı güclərində çatışmazlıq var, gələcəkdə benzin istehsalı ilə bağlı da eyni vəziyyət yaranacaq. BP rəhbəri həmçinin, neft emalı sahəsində bir çox zavodların fəaliyyətini dayandırdığını bildirib. 

Bəs görəsən bu proqnozların fonunda dünyada və Azərbaycanda yanacaq məhsullarının qiymətində bahalaşma gözlənilirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bilidirib ki, dünyada neft hasilatına əvvəlki kimi investisiya qoyulmur: 

“Dünya bazarında özünü göstərən istənilən dəyişik təbii olaraq Azərbaycana da təsiri edir. “BP” rəhbərliyinin benzin və dizellə bağlı açıqlamasında müəyyən həqiqət var. 2021-ci ildən bəri neft hasilatına və neft ehtiyatlarının müəyyən edilib üzə çıxarılması üçün həyata keçirilən kəşfiyyat işlərinə çox az səviyyədə investisiya qoyulur. Ümumiyyətlə, məlum olduğu kimi, hər hansı bir sahəyə investisiya qoyulmadıqda həmin sahənin tənəzzülü başlayır. Əvvala, neftin qiyməti son vaxtlar çox tez-tez dəyişir və bu sahədə olan iri şirkətlər əllərindəki maddi imkanı istehsalata o qədər də yönləndirmir”. 

Ekspert yaxın gələcəkdə benzin və dizelin qiymətində bahalaşmanın olacağını istisna etməyib: 

“Məsələn, elə “BP” şirkətinin özü Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə neft sahəsində investisiya qoyurdu. İndi isə dünyadakı geosiyasi vəziyyətə görə neft hasilatı ilə məşğul olan transmilli şirkətlər əvvəlki kimi gedib hansısa ölkədə investisiya yatırmağa həvəsli deyil. Bu isə bütün dünyada neft sənayesinə ciddi zərbə vurur. Neft emalı müəssisələri azalır. Əgər bu davamlı xarakter alarsa, bazarda neftdən alınan məhsulların, o cümlədən benzin, dizel kimi yanacaqların qiymətinin qalxması qaçılmaz olacaq. Belə bir ehtimal gözlənilir. Digər tərəfdən alternativ enerji mənbələri sayılan “yaşıl enerji”yə investisiya daha çox qoyulur. Avropada bir çox ölkələr artıq öz enerji tələbatlarını məhz alternativ enerji mənbələri hesabına ödəyir”.